Sentyabrın 20-də Pakistanın Hayber Paxtunxva əyalətində şiə və sünni qəbilələri arasında başlayan qarşıdurma nəticəsində ən azı 25 nəfər həyatını itirib.
“Füyuzat”ın məlumatına görə, bunu Hayber Paxtunxva əyalətinin sözçüsü Saif Əli mətbuata verdiyi açıqlamasında deyib.
Məlumata görə, münaqişənin yaranmasına səbəb Hayber Paxtunxva əyalətinin Kurram rayonunda mübahisəli torpaqda inşa edilən tikili olub.