Xəbərlər

Bayden Vyetnam Prezidenti ilə görüşüb

ABŞ Prezidenti Co Bayden Vyetnam Prezidenti To Lam ilə görüşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edilib ki, iki ölkə lideri iqtisadiyyat, texnologiya, təhlükəsizlik və diplomatik məsələlərdə əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər.

Azad və açıq Hind-Sakit Okean regionunun yaradılması üçün birgə işləməyin vacibliyinə işarə edən iki lider Cənubi Çin dənizində sülh və sabitliyin qorunmasının vacib olduğunu da vurğulayıblar.