Xəbərlər

İsrailin hücumları nəticəsində daha 14 fələstinli həlak olub

İsrail qüvvələrinin son 24 saatda Qəzza zolağına endirdiyi zərbələr nəticəsində daha 14 nəfər ölüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “WAFA” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 41 min 534-ə, yaralıların sayı isə 96 min 092-ə yüksəlib.