Xəbərlər

Harris: ABŞ-dakı bəzi siyasi qüvvələr Ukraynanın təslim olmasını istəyir

“Amerikada bəzi siyasi qüvvələr Ukraynanın təslim olmasını istəyir”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris deyib.

“Açığını deyim ki, mənim ölkəmdə bəzi qüvvələr Ukraynanı suveren ərazisinin böyük bir hissəsini təslim etməyə məcbur etmək istəyir və ölkənizdən neytrallığı qəbul etməyi, həmçinin digər ölkələrlə təhlükəsizlik münasibətlərindən əl çəkməyi tələb edir. Bu təkliflər Rusiya Prezidenti Vladimir Putinin təkliflərinə bənzəyir, amma açıq deyək ki, bunlar sülh təklifləri deyil, təslim olmaq təklifləridir, bu təhlükəli və qəbuledilməzdir”, – Harris bildirib.