İsrail və ABŞ nümayəndələri Livanda atəşkəsə nail olmaq yollarını müzakirə etmək üçün xüsusi görüş keçirib.
“Füyuzat”ın məlumatına görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
“İsrail ABŞ-ın rəhbərlik etdiyi təşəbbüsün məqsədlərini bölüşür. İsrail Amerika tərəfinin bununla bağlı səylərini yüksək qiymətləndirir, çünki ABŞ-ın rolu regionda sabitlik və təhlükəsizliyin təşviqindən ibarətdir”, – məlumatda bildirilib.