Belarus Prezidenti Aleksandr Lukaşenko Qərbin ölkəsinə və xalqına qarşı sanksiyalarını faşizm adlandırıb.
“Füyuzat”ın məlumatına görə, bunu Aleksandr Lukaşenko Belarus Dövlət İnformatika və Radioelektronika Universitetində tələbələrlə görüşündə deyib.
Belarus liderinin sözlərinə görə, Qərb təkcə ona qarşı deyil, bütün belaruslara, o cümlədən tələbələrə, onların valideynlərinə, yaxınlarına qarşı sanksiyalar tətbiq edib.