Xəbərlər

Qətər Qəzzaya əlavə 100 milyon dollar vəsait ayıracaq

“Qətər Qəzza zolağının əhalisinə humanitar yardım göstərmək üçün əlavə 100 milyon dollar ayırmaq niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bunu Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Lulva Əl-Xatər deyib.

“Qəzza zolağındakı əhaliyə humanitar yardım göstərməkdə mühüm rol oynayan agentlik İsrail tərəfindən sistematik məhdudlaşdırıcı tədbirlərə məruz qalır”, – Əl-Xatər əlavə edib.