Xəbərlər

KİV: Hizbullah liderindən xəbər yoxdur

“Hizbullah cümə axşamından etibarən təşkilatın lideri Həsən Nəsrullahla əlaqə saxlaya bilmir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (İDF) Nəsrullahın sentyabrın 27-də Beyruta hücumlar nəticəsində öldürüldüyünü iddia edib.

Məlumata görə, hava hücumu bir gün əvvəl Hizbullah rəhbəri Nəsrullahın da iştirak edə biləcəyi toplantı zamanı həyata keçirilib. Hava hücumunun baş verdiyi əraziyə yaxın olan ən azı altı bina uçub. İlkin məlumatlara görə, ölənlər və onlarla yaralı var.