Xəbərlər

Belarus XİN: Minsk Asiyada etibarlı dostlar tapıb

“Avropa İttifaqı (Aİ) ilə münasibətlərin pisləşməsinə baxmayaraq, Belarus Çinin əsas tərəfdaş olması ilə Asiyada çox güclü və etibarlı dostlar tapdı”.

“Füyuzat”ın məlumatına görə, bunu Belarus xarici işlər naziri Maksim Rıjenkov Nyu-Yorkda jurnalistlərə deyib.

“Təəccüblüdür ki, əgər Avropa İttifaqı ilə münasibətlər pisləşməsəydi, əlbəttə ki, biz Asiya regionunda tərəfdaşlarımızla münasibətlərin inkişafına heç vaxt bu qədər diqqətlə baxmazdıq”, – nazir bildirib.