Xəbərlər

Bayden Tayvana 567 milyon dollar hərbi yardım əmri verib

ABŞ Prezidenti Co Bayden Tayvana silah tədarükü və digər hərbi yardımlar üçün 567 milyon dollar ayrılması barədə göstəriş verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Birləşmiş Ştatların Konstitusiyası və qanunları ilə Prezident kimi mənə verilən səlahiyyətlə Pentaqonun müdafiə məhsulları və xidmətlərindən, hərbi təhsil və təlim üçün avadanlıqlarından Tayvana 567 milyon dollara qədər vəsait yönəldilməsini əmr edirəm”, – Baydenin imzaladığı sənəddə qeyd edilib.