Xəbərlər

Səudiyyə Ərəbistanı Livana dəstək vermək niyyətindədir

Səudiyyə Ərəbistanı İsrailin Hizbullaha qarşı əməliyyatının başlamasından sonra Livan sakinlərinə tibbi və humanitar yardım göstərmək niyyətində olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.

“Krallığın rəhbərliyi Livan xalqına bu kritik şəraitdə dəstək olmaq üçün tibbi və humanitar yardım verilməsini əmr edib. Səudiyyə Ərəbistanı bu qarşıdurmada qardaş Livan xalqına dəstəyini bir daha təsdiqləyir”, – məlumatda deyilir.