Xəbərlər

Rusiya İsraili Livandakı hərbi əməliyyatları dayandırmağa çağırıb

Rusiya İsraili bölgə üçün ağır nəticələrin qarşısını almaq və mövcud vəziyyətin siyasi və diplomatik yolla həllinə başlamaq üçün Livanda hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov deyib.

“Hazırkı vəziyyətdə biz İsraili hərbi əməliyyatları dərhal dayandırmağa və vəziyyətin sülh yolu ilə siyasi nizamlanmasına keçməyə çağırırıq, əks halda bunun nəticələri regionun bütün ölkələri üçün dəhşətli olacaq”, – diplomat bildirib.