“Yaxın Şərqdə mövcud vəziyyət ABŞ-ın bölgədəki uğursuz siyasətinin nəticəsidir”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov “Rossiya-24” telekanalının efirində deyib.
“Mən ABŞ-ın regionda son dərəcə pis niyyətli, qeyri-konstruktiv roluna və cari hadisələrə görə əsas olmasa da böyük məsuliyyətə sahib olmasına diqqət çəkmək istərdim. Bütün bunlar ABŞ-ın uğursuz siyasətinin nəticəsidir. ABŞ burada siyasi prosesləri monopoliyaya alıb, qəsb edib və eyni zamanda yalnız öz maraqları əsasında hegemonluğunu, regionda nüfuzunu qorumaq üçün hərəkət edib”, – diplomat vurğulayıb.