“Suriya BMT-yə üzv dövlətləri İsrailin təcavüzünü dayandırmaq və işğalçı dövləti müharibə cinayətlərinə görə məsuliyyətə cəlb etmək üçün səy göstərməyə çağırır”.
“Füyuzat”ın məlumatına görə, bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edən Suriya Ərəb Respublikasının xarici işlər və mühacir məsələləri üzrə naziri Bassam Sabbaq deyib.
“İsrailin Livan və Fələstinə qarşı təcavüzü dayandırılmalı və İsrail hökuməti Qəzza zolağında və Livanın cənubundakı mülki insanlara qarşı bütün vəhşi hərəkətlərinə görə cavabdehlik daşımalıdır”, – Sabbaq bildirib.