Xəbərlər

Yaponiya Yaxın Şərqdə atəşkəsə çağırış edib

“Yaponiya İsrailin Livanın cənubunda quru əməliyyatına başlamaq qərarı ilə əlaqədar vəziyyətin gərginləşməsindən narahatdır və münaqişə tərəflərini dərhal atəşkəsə çağırır”.

“Füyuzat”ın məlumatına görə, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi deyib.

“Yaponiya narahatlığını ifadə edir. Biz vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün İsrail və Hizbullah arasında dərhal atəşkəs əldə etməyə və mülki insanların ölümünün qarşısını almaq üçün tədbirlər görməyə çağırırıq”, – Hayaşi bildirib.