Xəbərlər

Netanyahu: Yaxın Şərqdə çata bilməyəcəyimiz yer yoxdur

“Bizim Yaxın Şərqdə çata bilməyəcəyimiz heç bir yer yoxdur”.

“Füyuzat”ın məlumatına görə, bununla bağlı İsrailin Baş naziri Benyamin Netanyahu “X” sosial şəbəkəsində birbaşa İranı hədəf alan video paylaşıb.

“Yaxın Şərqdə İsrailin çata bilməyəcəyi yer yoxdur. Vətəndaşlarımızı və ölkəmizi qorumaq üçün getməyəcəyimiz yer yoxdur. Rejim hər keçən dəqiqə İran xalqını cəhənnəmə yaxınlaşdırır. İran gözləniləndən daha tez azad olacaq. O zaman İsrail və İran sülh içində yaşayacaq”, – Baş nazir bildirib.