“BMT Təhlükəsizlik Şurası Yaxın Şərq münaqişəsinin tam miqyaslı regional müharibəyə çevrilməsinin qarşısını almaq üçün dərhal müdaxilə etməlidir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəsi Əmir Seyid İravaninin BMT Təhlükəsizlik Şurasının Prezidentinə və BMT-nin Baş Katibinə ünvanladığı məktublarda bildirilib.
Məktublarda qeyd edilib ki, İran BMT Təhlükəsizlik Şurasına İsrailin Livan, Qəzza və Suriyaya qarşı davam edən təcavüz və müharibə cinayətlərini dayandırmaq və vəziyyətin tam miqyaslı regional müharibəyə çevrilməsinin qarşısını almaq üçün təcili və qəti müdaxilə etməyə çağırışlarını bir daha təkrarlayıb.