Xəbərlər

Rusiya səfiri: İsrailin quru əməliyyatı vəziyyətin pisləşməsinə gətirib çıxaracaq

“İsrailin Livanın cənubunda quru əməliyyatına başlamaq qərarı təkcə Livan–İsrail qarşıdurması olaraq qalmayacaq, bütün regionda gərginləşməyə səbəb olacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın Livandakı səfiri Aleksandr Rudakov TASS-a müsahibəsində deyib.

“Biz sərhəd bölgələrində baş verənləri həyəcanla izləyirik. İsrail ordusu məhdud quru əməliyyatına başladığını elan edib, bundan əvvəl Livanın cənub və şərq rayonları görünməmiş şəkildə bombardman edilib”, – səfir bildirib.