Xəbərlər

Avstraliya Senatı Ukraynaya yardımın artırılmasını tövsiyə edib

Avstraliya Senatının Xarici Əlaqələr, Müdafiə və Ticarət Komitəsi ölkə hökumətinə Ukraynaya yardımı artırmağı tövsiyə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “SBS” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, komitə Avstraliya hökumətinə həm hərbi, həm də humanitar yardımı artırmağı, həmçinin çoxillik davamlı dəstək də daxil olmaqla hərtərəfli tədbirlər paketini təqdim etməyi öhdəsinə götürməyi, Ukraynanı həm yeni, həm də istismardan çıxarılan hərbi texnika ilə təmin etməyə çağırıb.