Xəbərlər

Bloomberg: bir sıra aviaşirkətlər Yaxın Şərqə uçuşların istiqamətini dəyişib

Bir çox aviaşirkətlər Yaxın Şərqdə münaqişənin kəskinləşməsi səbəbindən Avropa və Yaxın Şərq, eləcə də Cənubi Asiya arasında uçuşların istiqamətini dəyişmək məcburiyyətində qalıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Avropa aviaşirkətləri “British Airways”, “Lufthansa”, BƏƏ şirkəti “Emirates” və bir sıra digər aviadaşıyıcılar İsrail Müdafiə Qüvvələrinin İranın ölkə ərazisinə raket atdığını elan etməsindən sonra, yəni oktyabrın 1-dən İraqın hava məkanı üzərindən uçuşların istiqamətini dəyişdirməyə başlayıb.