Xəbərlər

Rusiya səfirliyi ruslara İrana səfərdən çəkinməyi tövsiyə edib

İranın İsrailə raket hücumundan sonra Rusiyanın Tehrandakı səfirliyi ruslara İran İslam Respublikasına səfərdən çəkinməyi tövsiyə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

“İran ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar səfirlik Rusiya Federasiyası vətəndaşlarına müvəqqəti olaraq – vəziyyət normallaşana qədər İran İslam Respublikasına səfərlərdən çəkinməyi tövsiyə edir”, – məlumatda bildirilib.