Xəbərlər

Yaponiya Livandakı vətəndaşlarını təxliyə etməyə hazırlaşır

Yaponiya Özünümüdafiə Qüvvələrinə məxsus iki nəqliyyat təyyarəsi Livandakı vətəndaşları təxliyə etmək üçün Yunanıstan və İordaniyaya göndərilib.

“Füyuzat”ın məlumatına görə, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi deyib.

“İranın İsrailə hücumu da daxil olmaqla, Yaxın Şərqdəki mövcud vəziyyətdən ciddi şəkildə narahatıq. Hələlik bölgədə Yaponiya vətəndaşlarına hər hansı bir zərərin olması barədə məlumat yoxdur. Vətəndaşlarımızı qorumaq üçün hər cür tədbir görəcəyik”, – Hayaşi bildirib.