Xəbərlər

Əraqçi: İsrailə hava məkanını açan ölkələri düşmən hesab edəcəyik

“İran İsrailə hava məkanını açan istənilən dövləti düşmən hesab edəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“Biz artıq başqa ölkələrin nümayəndələrinə demişik ki, İsrailə hava məkanını açan hər kəsi düşmən hesab edəcəyik, amma ümid edirəm ki, heç kim belə bir icazə verməyəcək”, – Əraqçi bildirib.