Xəbərlər

Livandan İsrailə 20-dən çox raket atılıb

İsrail Müdafiə Qüvvələri Livandan 20-dən çox raket atıldığını qeydə alıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Saat 07:01 və 07:04 arasında Hayfa körfəzi və Qərbi Qaliley bölgəsində sirenlər səsləndikdən sonra Livandan gələn 20-yə yaxın raket aşkarlanıb. Raketlərin əksəriyyəti İsrail Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib, qalanları isə açıq ərazilərə düşüb”, – məlumatda bildirlib.