Xəbərlər

İşiba Çin və Rusiyanı ittiham edib

Yaponiyanın yeni Baş naziri Şiqeru İşiba Çin və Rusiyanı ölkənin hava məkanını pozmaqda ittiham edib.

“Füyuzat”ın məlumatına görə, İşiba bunu parlamentdə ilk çıxışı zamanı deyib.

“Çin və Rusiya bir neçə dəfə hava məkanımızı pozub. Bu, ölkəmizin suverenliyinin ciddi şəkildə pozulmasıdır. Ölkəmiz İkinci Dünya Müharibəsinin bitməsindən sonra ən çətin təhlükəsizlik mühiti ilə üz-üzədir”, – İşiba bildirib.