Xəbərlər

KİV: Qəzzada su təchizatı qurğularının 85%-i zədələnib

İsrailin bir ildir davam edən hücumları nəticəsində Qəzza zolağında su təchizatlarına və kanalizasiya infrastrukturlarına ciddi ziyan dəyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “WAFA” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Qəzzada su təchizatı və kanalizasiya qurğularının 85%-i həyati əhəmiyyət kəsb edən infrastrukturların dağıdılması səbəbindən tam və ya qismən fəaliyyətini dayandırıb.

Bundan əlavə, bir çox obyektlərin, o cümlədən təmizləyici və duzsuzlaşdırma qurğularının, nasos stansiyalarının, quyular, su çənləri və magistral su xətlərinin kompleks bərpaya ehtiyac duyduğu bildirilib.