Pentaqonun bölgəyə daha bir neçə min hərbçi göndərmək qərarından sonra, Yaxın Şərqdəki ABŞ hərbi qulluqçularının sayı 43 min nəfərə çatıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
“Yaxın Şərqdə təxminən 34 min Amerika əsgəri yerləşdirilib, lakin İsrail və Livan arasında artan gərginlik səbəbindən Pentaqon buradakı heyəti təyyarədaşıyan zərbə qrupu ilə gücləndirmək qərarına gəlib, nəticədə bölgədəki Amerika qüvvələri bir neçə min hərbi qulluqçu, 12-dən çox gəmi, qırıcı və digər təyyarələrlə gücləndirilib və onların sayı 43 min nəfərə yüksəlib”, – məlumatda qeyd edilib.