“Yaxın Şərqdə münaqişənin genişlənməsi Qərbin Ukrayna münaqişəsindəki mövqeyinə mənfi təsir göstərir”.
“Füyuzat”ın məlumatına görə, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç “Pink” telekanalının efirində deyib.
“Unutmayın ki, Yaxın Şərqdə münaqişə inkişaf edərsə, Ukraynadakı vəziyyət Qərb üçün daha da pisləşməyə davam edəcək, çünki İsraili qorumaq üçün Yaxın Şərqə maliyyə xərclənməsi 10 dəfə çox olacaq”, – Vuçiç bildirib.