Xəbərlər

İranın hava limanları reyslərin qəbulunu və gedişini bərpa edib

İranda oktyabrın 7-si səhərə qədər hava səyahətinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublikası Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cəfər Yazırlou deyib.

“Əməliyyat maneələrinin aradan qaldırılması ilə əlaqədar olaraq, dünən saat 23:00-dan (Bakı vaxtı ilə 23:30) uçuşlar üzrə əvvəlcədən elan edilmiş məhdudiyyətlər ləğv edilib”, – “IRNA” agentliyi rəsmidən sitat gətirib.

Bundan əvvəl İranın Mülki Aviasiya Təşkilatı oktyabrın 6-sı Bakı vaxtı ilə saat 21:30-dan oktyabrın 7-si saat 06:30-a kimi ölkənin bütün hava limanlarından uçuşları ləğv edib.