“İsrail ordusunun Livan və Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin günahı ABŞ hakimiyyətinin üzərinə düşür”.
“Füyuzat”ın məlumatına görə, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əlaəddin Borucerdi deyib.
“Qəzzada, Livanda və bütün regionda törədilən cinayətlərə və qətllərə görə məsuliyyət tamamilə ABŞ-ın üzərinə düşür, çünki onların dəstəyi olmadan İsrail nə mövcud ola, nə də bu cinayətləri törədə bilər”, – Borucerdi deyib.
Deputat əlavə edib: “İsrail rejimi və onun müttəfiqlərinin cinayətləri ilə mübarizə aparmaq üçün bütün mümkün vasitələrdən istifadə etməliyik”.