Xəbərlər

UNRWA: Qəzzada atəşkəs şansı hər gün azalır

“Qəzza zolağında atəşkəs şansı hər gün azalır”.

“Füyuzat”ın məlumatına görə, bunu BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza üzrə direktoru, humanitar məsələlər üzrə koordinatorun müavini Skott Anderson deyib.

“Görünür biz bu gün atəşkəsdən əvvəlkindən daha da uzaqdayıq. Ehtimallar hər gün azalır, hər iki tərəf bir-birini insan kimi görməkdən imtina etdikcə heç nəyə nail ola bilməyəcəyik”, – Anderson bildirib.

Mütəxəssis həmçinin qeyd edib ki, İsrailin Qəzza zolağında hərbi güc tətbiq etməsi nəticəsində 11 mini uşaq olmaqla 41 mindən çox insan həlak olub, 100 mindən çoxu isə yaralanıb.