Xəbərlər

İsrail Hizbullaha qarşı məhdud əməliyyatlara başlayıb

İsrail bazar ertəsi Livanın cənub-qərbində Hizbullah hərəkatına qarşı məhdud və məqsədyönlü əməliyyatlar həyata keçirməyə başlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsaril ordusunun mətbuat xidməti məlumat yayıb.

“Dünən 146-cı diviziya Livanın cənub-qərbində Hizbullah təşkilatının obyektlərinə və infrastrukturuna qarşı məhdud və məqsədyönlü əməliyyatlara başlayıb”, – məlumatda bildirilib.