“İsrailin Livan ərazisində Hizbullah hərəkatına qarşı hərbi əməliyyata başlamasından sonra Livan sakinlərinin təxminən 20%-i evlərini tərk etmək məcburiyyətində qalıb”.
“Füyuzat”ın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell bildirib.
“Livanda vəziyyət günü-gündən pisləşir. İsrail Livanı bombalayır, qoşunlar Livan ərazisinə daxil olur. Mövcud məlumatlara görə, Livan əhalisinin təxminən 20%-i köçmək məcburiyyətində qalıb” – o qeyd edib.
Borrelin sözlərinə görə, Suriyaya 150 minə yaxın livanlı gedib, həmçinin partlayışlar təkcə şəhərətrafı ərazilərə və infrastruktura deyil, həm də şəhərlərin mərkəzi ərazilərinə də təsir edir.