Ermənistan 2020-ci ildə Moskva, Bakı və İrəvan tərəfindən imzalanmış və Qarabağda atəşkəsin bərqərar olunmasına töhfə verən üçtərəfli bəyanatdan öz imzasını rəsmən geri götürmür. Bununla yanaşı, regionda kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupu daxilində təxminən il yarım ərzində heç bir irəliləyiş əldə edilməyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
“Ermənistan üçtərəfli bəyanatdan rəsmən geri çəkilmir və öz imzasını geri çəkmir. Amma eyni zamanda, artıq iki ildir ki, baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu çərçivəsində demək olar ki, heç bir irəliləyiş etməyib”, – deyə Overçuk qeyd edib.
Rusiya baş nazirinin müavini əlavə edib ki, regionda iqtisadi və nəqliyyat koridorlarının kilidinin açılması yalnız Rusiyanın iştirakı ilə mümkündür.