Xəbərlər

KİV: ABŞ və ərəb ölkələri İranla gizli danışıqlar aparır

ABŞ hökuməti bir neçə ərəb ölkəsi ilə birlikdə atəşkəs və Yaxın Şərqdə sülhün bərpası üçün İranla gizli danışıqlar aparır.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Təşəbbüs tərəflərin bütün cəbhələrdə eyni vaxtda barışmasını nəzərdə tutur. Eyni zamanda, İsrail bu danışıqlarda tərəf deyil, lakin onların gedişatı barədə məlumatlandırılır.

Qeyd edilir ki, İsrail hökuməti bu cür məsləhətləşmələrlə bağlı mövqeyini hələlik ABŞ-a bildirməyib.