NATO ABŞ-ın Ukraynaya verməsi üçün silahların siyahısını hazırlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə CNN məlumat yayıb.
Qeyd edilib ki, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin baş komandanı, eyni zamanda ABŞ-ın Avropa Komandanlığına da rəhbərlik edən generalı Kristofer Kavoli Link 16 rabitə sistemini və “JASSM” qanadlı raketlərini Vaşinqtonun tədarük etməli olduğu silahlar siyahısına daxil edib.
Ukrayna bu silah növlərini dəfələrlə tələb edib. Ancaq ABŞ tədarükləri gecikdirib. Kavoli siyahını tərtib edərkən gecikmənin səbəblərini deməyib.