“Belarus Rusiya ilə qarşılıqlı əlaqə və əməkdaşlıqla bağlı dəfələrlə seçim qarşısında qalıb, lakin respublika heç vaxt öz müttəfiqindən üz döndərməyib”.
“Füyuzat”ın məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O qeyd edib ki, belaruslular Rusiya və onun rəhbərliyi tərəfindən göstərilən dəstəyi görür və yüksək qiymətləndirirlər və Belarus etibarlı müttəfiqdir: “Mən istəyirəm ki, Rusiyada insanlar bunu bilsinlər: belaruslular sizi gələcəkdə heç vaxt ruhdan salmayacaqlar”.