Livanın Baş naziri Nəcib Mikati ilə görüşən ABŞ dövlət katibi Antoni Blinken mavi xətt üzrə davam edən münaqişələrin diplomatik yolla həllini istədiklərini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Livanda Prezident postunun ən qısa zamanda və demokratik yollarla doldurulmasının vacibliyinə işarə edən Blinken ölkədə siyasi yollarla problemlərin həlli prosesinin davam edəcəyinə inandığını vurğulayıb.