Xəbərlər

Almaniya: NATO-nun tələblərini yerinə yetirmək üçün 35 min əsgərə ehtiyacımız var

“NATO-nun yeni tələblərini yerinə yetirmək üçün əlavə 35 min əsgər lazımdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Bundestaqın Müdafiə Komitəsinin sədri Markus Faber deyib.

“Yəqin ki, NATO-nun 32 üzv dövlətin hamısına, o cümlədən Almaniyaya qarşı tələbləri artacaq. Ona görə də artıq illik istehsalın 2%-ni müdafiəyə xərcləmək kifayət etməyəcək. Bu, təxminən 3% olmalıdır. Əgər alyansdakı döyüş briqadalarının sayının 82-dən 131-ə yüksəlməli olduğunu və Almaniyanın buna mütənasib şəkildə cəlb olunacağını düşünsək, əvvəllər olduğu kimi, 65 minlik üç diviziya əvəzinə orduya beş diviziya lazımdır. Bu da, təqribən 100 min hərbi qulluqçuya bərabər olacaq”, – Faber bildirib.