Xəbərlər

Aİ-nin XİN rəhbərləri Ukrayna və Yaxın Şərqdəki münaqişələri müzakirə edəcəklər

“Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Lüksemburqda planlaşdırılan görüşdə Ukraynadakı münaqişəni və bununla bağlı bütün məsələləri müzakirə edəcəklər”.

“Füyuzat”ın məlumatına görə, bunu Aİ-nin yüksək səviyyəli nümayəndəsi jurnalistlərə deyib.

Qeyd edilib ki, xarici işlər nazirləri regionda baş verən son hadisələri, o cümlədən Livandakı vəziyyət fonunda Yaxın Şərqdəki münaqişəni müzakirə edəcəklər.