Xəbərlər

Politico: Aİ Rusiya və İrana qarşı sanksiyaları genişləndirmək niyyətindədir

“Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri bazar ertəsi keçirilən iclasda İran və Rusiya təşkilatlarına qarşı yeni sanksiyalar paketi ilə bağlı qərar qəbul etməyi planlaşdırırlar”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, yeni sanksiyalar regiondakı digər ölkələrə, eləcə də Rusiyaya silah göndərməkdə iştirak etdiyi iddia edilən İran şirkətlərinə qarşı yönəldiləcək. Məhdudlaşdırıcı tədbirlərin İrandan uçuş edən aviaşirkətlərə də təsir edəcəyi gözlənilir.