Xəbərlər

Çinin 125 təyyarə və 17 gəmisi Tayvana yaxınlaşıb

Tayvan Silahlı Qüvvələri bir gündə Çin Xalq Azadlıq Ordusunun 125 təyyarəsi və 17 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 14-dü səhər saatlarında Xalq Azadlıq Ordusu Tayvan ətrafında “Birgə Qılınc 2024B” təliminə başlayıb.