Xəbərlər

İsrail ordusu Livan və Qəzza zolağında 230 hədəfi vurub

İsrail ordusu son 24 saat ərzində Livan və Qəzza zolağında 230-dan çox hədəfi vurub.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri Livanın cənubunda və Qəzza zolağında əməliyyatları davam etdirir və son 24 saat ərzində 230-dan çox terrorçu hədəfə zərbə endirib”, – məlumatda bildirilib.