Xəbərlər

İsrail Livandan atılan 2 raketi zərərsizləşdirib

İsrail Müdafiə Qüvvələri Livandan atılan 2 raketi zərərsizləşdirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Livandan sərhədi keçən 2 mərmi Hərbi Hava Qüvvələri tərəfindən uğurla zərərsizləşdirilib”, – məlumatda bildirilib.

Qeyd edək ki, bundan əvvəl İsrailin Hayfa və Misqav Am şəhərlərində hava hücumu sirenləri səslənib.