Xəbərlər

Hizbullah İsrailə yeni zərbə endirib

Livanın Hizbullah hərəkatı İsrailin şimalındakı Safed şəhərinə yeni raket hücumu həyata keçirdiyini açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə təşkilatın teleqram kanalında bildirilib.

Qeyd edilib ki, hücum Qəzza zolağında davam edən hadisələr fonunda Fələstin xalqına dəstək, həmçinin Livan və onun xalqını qorumaq məqsədi ilə həyata keçirilib. Qeyd olunur ki, Safed yaxınlığında yerləşən bir İsrail hərbi bazası da hücuma məruz qalıb.

Hücumun nəticələri barədə məlumat verilmir.