Xəbərlər

Harris “Bloomberg”ə müsahibə verməkdən imtina edib

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris seçki proqramının iqtisadi aspektlərini müzakirə etməli olduğu “Bloomberg”ə müsahibə verməkdən imtina edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə agentliyin baş redaktoru Con Mikletveyt məlumat verib.

Qeyd edək ki, noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində Tramp və Harris prezidentlik uğrunda mübarizə aparacaq. Tramp Amerikanın 45-ci prezidenti olub və 2017-2021-ci illərdə vəzifədə olub. O, 2020-ci il seçkilərində Demokrat Co Baydenə uduzub.