ABŞ Prezidenti Co Baydenin bu həftə Berlində Böyük Britaniya, Fransa və Almaniya liderləri ilə görüşəcəyi bildirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “CNN” Qərb rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, Bayden, Böyük Britaniyanın Baş naziri Keir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts ilə Ukraynadakı münaqişəni müzakirə edəcək.