Xəbərlər

Aİ və Körfəz liderləri Ukrayna və Yaxın Şərqdəki münaqişələri müzakirə edəcəklər

“Ukrayna və Yaxın Şərqdəki münaqişələr Avropa İttifaqı (Aİ) və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) liderlərinin birinci sammitinin əsas mövzusu olacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Aİ-nin yüksək səviyyəli rəsmisi Brüsseldə jurnalistlərə müsahibəsində deyib.

Qeyd edilib ki, bu, icma liderləri ilə Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası arasında Avropa Şurasının rəhbəri Çarlz Mişelin çoxdan keçirmək istədiyi ilk sammitdir.

İclasa Çarlz Mişel və Qətər Əmiri şeyx Təmim bin Həməd Al Taninin sədrlik edəcəyi bildirilib.