Xəbərlər

Qazaxıstan BRİCS-ə üzvlük üçün müraciət etməyəcək

“Qazaxıstan hakimiyyəti hələlik BRİCS-ə qoşulmaq üçün ərizə verməkdən çəkinəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali “Tengrinews”ə müsahibəsində deyib.

“Bu təkliflər dövlət başçısı tərəfindən diqqətlə nəzərdən keçirilir və onun tapşırığına əsasən, Qazaxıstanın milli maraqları müvafiq idarələr tərəfindən təhlil edilir. Qazaxıstan BRİCS-ə ərizə verməkdən, o cümlədən üzvlük məsələsinə baxılmasının çoxmərhələli prosesini, həmçinin bu assosiasiyanın inkişaf perspektivləri ilə bağlı digər məsələləri nəzərə almaqdan çəkinəcək”, – Uali bildirib.