“Amerika Birləşmiş Ştatları müdafiə məsələlərində həmişə İsrailə kömək etməli və bunun üçün bütün lazımi resursları təmin etməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu çərşənbə günü ABŞ-ın vitse-prezidenti və Demokrat Partiyasının ən yüksək dövlət postu üzrə namizədi Kamala Harris bildirib.
“Amerika İsraili həmişə qorumalı və özünümüdafiə ehtiyaclarında onu dəstəkləməlidir. Həmçinin Amerika dəstək verməlidir ki, İsrail İran və regiondakı proksiləri də daxil olmaqla bütün hücumları dəf etmək üçün resurslara malik olsun”, – deyə o, “Fox News”a müsahibəsində bildirib.